Cümə və bayram namazlarının eyni günə düşməsi haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، حَدَّثَنَا أَبُو أَحْمَدَ ، حَدَّثَنَا إِسْرَائِيلُ ، عَنْ عُثْمَانَ بْنِ الْمُغِيرَةِ ، عَنْ إِيَاسِ بْنِ أَبِي رَمْلَةَ الشَّامِيِّ ، قَالَ : سَمِعْتُ رَجُلاً سَأَلَ زَيْدَ بْنَ أَرْقَمَ : هَلْ شَهِدْتَ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عِيدَيْنِ فِي يَوْمٍ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَكَيْفَ كَانَ يَصْنَعُ ؟ قَالَ : صَلَّى الْعِيدَ ، ثُمَّ رَخَّصَ فِي الْجُمُعَةِ ، ثُمَّ قَالَ : مَنْ شَاءَ أَنْ يُصَلِّيَ فَلْيُصَلِّ.
“Rəvayət edilir ki, İyas ibn Əbu Ramlə əş-Şami ﵀ demişdir: “Mən bir kişinin Zeyd ibn Ərqamdan: “Sən cümə və bayram namazları bir günə düşdükdə Allah Elçisi ﷺ ilə birlikdə idinmi?” Zeyd dedi: “Bəli”. Kişi dedi: “O nə edərdi?” Zeyd dedi: “Allah ﷺ Elçisi bayram namazını qıldırdı, sonra cümə namazına gəlməkdə rüxsət verərək belə buyurdu: “Kim istəsə, cüməni qıla bilər”.”
İstinad
İbn Məcə, 1310 (İqamətus-salat, 508)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr