Cümə və bayram namazlarının eyni günə düşməsi haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُصَفَّى الْحِمْصِيُّ ، حَدَّثَنَا بَقِيَّةُ ، حَدَّثَنَا شُعْبَةُ , حَدَّثَنِي مُغِيرَةُ الضَّبِّيُّ ، عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ رُفَيْعٍ ، عَنْ أَبِي صَالِحٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنَّهُ قَالَ : اجْتَمَعَ عِيدَانِ فِي يَوْمِكُمْ هَذَا ، فَمَنْ شَاءَ أَجْزَأَهُ مِنَ الْجُمُعَةِ ، وَإِنَّا مُجَمِّعُونَ إِنْ شَاءَ اللَّهُ.
“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizin bu gününüzdə iki bayram bir günə düşmüşdür. Kim istəsə, onun qıldığı bayram namazı cümə namazı üçün də keçərlidir. Amma biz, Allahın izni ilə cümə namazına gələcəyik”.”
İstinad
İbn Məcə, 1311 (İqamətus-salat, 509)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr