Cümə və bayram namazlarının eyni günə düşməsi haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا جُبَارَةُ بْنُ الْمُغَلِّسِ ، حَدَّثَنَا مِنْدَلُ بْنُ عَلِيٍّ ، عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : اجْتَمَعَ عِيدَانِ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَصَلَّى بِالنَّاسِ ، ثُمَّ قَالَ : مَنْ شَاءَ أَنْ يَأْتِيَ الْجُمُعَةَ فَلْيَأْتِهَا ، وَمَنْ شَاءَ أَنْ يَتَخَلَّفَ فَلْيَتَخَلَّفْ.
“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisinin ﷺ dövründə cümə və bayram eyni günə düşmüşdü. Allah ﷺ Elçisi camaata bayram namazını qıldırdıqdan sonra belə buyurdu: “Kim cüməyə gəlmək istəsə, gəlsin. Kim də gəlmək istəmirsə, gəlməyə bilər”.”
İstinad
İbn Məcə, 1312 (İqamətus-salat, 510)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr