Gecə namazının iki-iki rükət olaraq qılınması haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا سَهْلُ بْنُ أَبِي سَهْلٍ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ , وَعَنْ عَبْدِ اللهِ بْنِ دِينَارٍ ، عَنِ ابْنِ عُمَرَ , وَعَنِ ابْنِ أَبِي لَبِيدٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنِ ابْنِ عُمَرَ , وَعَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ طَاوُوسٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : سُئِلَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ صَلاَةِ اللَّيْلِ ، فَقَالَ : يُصَلِّي مَثْنَى مَثْنَى ، فَإِذَا خَافَ الصُّبْحَ , أَوْتَرَ بِوَاحِدَةٍ.
“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ gecə namazı haqda soruşulduqda buyurdu: “(Gecə namazı) iki-iki rükət qılınır. Sübh namazının (vaxtının girməsindən) qorxsan, bir rükət vitr qılırsan”.”
İstinad
İbn Məcə, 1320 (İqamətus-salat, 518)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr