Gecə namazının iki-iki rükət olaraq qılınması haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا سُفْيَانُ بْنُ وَكِيعٍ ، حَدَّثَنَا عَثَّامُ بْنُ عَلِيٍّ ، عَنِ الأَعْمَشِ ، عَنْ حَبِيبِ بْنِ أَبِي ثَابِتٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : كَانَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُصَلِّي بِاللَّيْلِ رَكْعَتَيْنِ رَكْعَتَيْنِ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ gecə namazını iki rükət-iki rükət olaraq qılardı”.”
İbn Abbas
Səhihİstinad
İbn Məcə, 1321 (İqamətus-salat, 519)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr