Ramazan ayını ibadətlə keçirmək haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي الشَّوَارِبِ ، حَدَّثَنَا مَسْلَمَةُ بْنُ عَلْقَمَةَ ، عَنْ دَاوُدَ بْنِ أَبِي هِنْدٍ ، عَنِ الْوَلِيدِ بْنِ عَبْدِ الرَّحْمَنِ الْجُرَشِيِّ ، عَنْ جُبَيْرِ بْنِ نُفَيْرٍ الْحَضْرَمِيِّ ، عَنْ أَبِي ذَرٍّ ، قَالَ : صُمْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ رَمَضَانَ ، فَلَمْ يَقُمْ بِنَا شَيْئًا مِنْهُ ، حَتَّى بَقِيَ سَبْعُ لَيَالٍ ، فَقَامَ بِنَا لَيْلَةَ السَّابِعَةِ , حَتَّى مَضَى نَحْوٌ مِنْ ثُلُثِ اللَّيْلِ ، ثُمَّ كَانَتِ اللَّيْلَةُ السَّادِسَةُ الَّتِي تَلِيهَا ، فَلَمْ يَقُمْهَا ، حَتَّى كَانَتِ الْخَامِسَةُ الَّتِي تَلِيهَا ، ثُمَّ قَامَ بِنَا , حَتَّى مَضَى نَحْوٌ مِنْ شَطْرِ اللَّيْلِ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، لَوْ نَفَّلْتَنَا بَقِيَّةَ لَيْلَتِنَا هَذِهِ , فَقَالَ : إِنَّهُ مَنْ قَامَ مَعَ الإِمَامِ حَتَّى يَنْصَرِفَ ، فَإِنَّهُ يَعْدِلُ قِيَامَ لَيْلَةٍ , ثُمَّ كَانَتِ الرَّابِعَةُ الَّتِي تَلِيهَا ، فَلَمْ يَقُمْهَا ، حَتَّى كَانَتِ الثَّالِثَةُ الَّتِي تَلِيهَا ، قَالَ : فَجَمَعَ نِسَاءَهُ وَأَهْلَهُ , وَاجْتَمَعَ النَّاسُ ، قَالَ : فَقَامَ بِنَا حَتَّى خَشِينَا أَنْ يَفُوتَنَا الْفَلاَحُ ، قِيلَ : وَمَا الْفَلاَحُ ؟ قَالَ : السُّحُورُ ، قَالَ : ثُمَّ لَمْ يَقُمْ بِنَا شَيْئًا مِنْ بَقِيَّةِ الشَّهْرِ.
“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Ramazan ayında oruc tutduq. Ramazan ayının sonuna yeddi gün qalana qədər bizə (təravih) namazı qıldırmadı. Sonra bizə gecə namaz qıldırdı. Sonra Ramazanın sonuna altı gün qaldıqda bizə namaz qıldırmadı. Daha sonra beş gün qalanda bizə gecənin yarısına qədər namaz qıldırdı. Mən dedim: “Ey Allahın Elçisi, bu gecənin hamısını ibadətlə keçirmək olar?” O buyurdu: “Namazı bitirənə qədər imamla birlikdə namaz qılan kimsə bütün gecəni namaz qılmış kimidir”. Sonra Ramazanın sonuna dörd gün qaldıqda gecə heç bir namaz qıldırmadı. Üç gün qaldıqda isə dedi: “Qadınlarınızı və ailənizi toplayın!” Camaat toplandı”. Əbu Zərr deyir: “Peyğəmbər ﷺ bizə elə uzun namaz qıldırdı ki, biz “xilas”ı ötürəcəyimizdən qorxduq”. Əbu Zərdən: “Xilas” nədir?” deyə soruşduqda o: “Xilas” səhur yeməyidir” dedi”. Sonra Əbu Zərr dedi: “Sonra bizə Ramazan ayının sonuna qədər gecə namazı qıldırmadı”.”
İstinad
İbn Məcə, 1327 (İqamətus-salat, 525)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr