Namazlara başlamaq və onda olan sünnələr

Gecə namazı haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : عَلَى قَافِيَةِ رَأْسِ أَحَدِكُمْ بِاللَّيْلِ حَبْلٌ فِيهِ ثَلاَثُ عُقَدٍ ، فَإِنِ اسْتَيْقَظَ فَذَكَرَ اللَّهَ , انْحَلَّتْ عُقْدَةٌ ، فَإِذَا قَامَ فَتَوَضَّأَ ، انْحَلَّتْ عُقْدَةٌ ، فَإِذَا قَامَ إِلَى الصَّلاَةِ , انْحَلَّتْ عُقَدُهُ كُلُّهَا ، فَيُصْبِحُ نَشِيطًا طَيِّبَ النَّفْسِ , قَدْ أَصَابَ خَيْرًا ، وَإِنْ لَمْ يَفْعَلْ , أَصْبَحَ كَسِلاً خَبِيثَ النَّفْسِ لَمْ يُصِبْ خَيْرًا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Biriniz yatdıqda şeytan onun başının ənsə hissəsinə üç düyünü olan ip bağlayar. Əgər oyanıb Allahı zikr etsə, düyünün biri açılar. Əgər durub dəstəmaz alsa, düyünün biri də açılar. Əgər durub namaz qılsa, bütün düyünlər açılar. O, sevinc içində, gümrah və xeyir içində olaraq oyanar. Bunu etməsə, əzgin, tənbəl və heç bir xeyir olmadan oyanar”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 1329 (İqamətus-salat, 527)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr