Namazlara başlamaq və onda olan sünnələr

Gecə namazının neçə rükət qılınması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُبَيْدِ بْنِ مَيْمُونٍ أَبُو عُبَيْدٍ الْمَدِينِيُّ ، حَدَّثَنَا أَبِي ، عَنْ مُحَمَّدِ بْنِ جَعْفَرٍ ، عَنْ مُوسَى بْنِ عُقْبَةَ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَامِرٍ الشَّعْبِيِّ ، قَالَ : سَأَلْتُ عَبْدَ اللهِ بْنَ عَبَّاسٍ , وَعَبْدَ اللهِ بْنَ عُمَرَ ، عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِاللَّيْلِ ، فَقَالاَ : ثَلاَثَ عَشْرَةَ رَكْعَةً ، مِنْهَا ثَمَانٍ ، وَيُوتِرُ بِثَلاَثٍ ، وَرَكْعَتَيْنِ بَعْدَ الْفَجْرِ.

“Rəvayət edilir ki, Amir əş-Şabi ﵀ demişdir: “Mən Abdullah ibn Abbas və Abdullah ibn Ömərdən Allah Elçisinin ﷺ gecə namazı haqda soruşdum. Onlar dedilər: “Allah Elçisi ﷺ on üç rükət namaz qılardı. Onun səkkiz rükəti gecə namazı, üç rükət də Vitr namazı idi. Sübh namazından qabaq isə iki rükət qılardı”.”

Amir əş-Şabi
Səhih

İstinad

İbn Məcə, 1361 (İqamətus-salat, 559)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr