Namazlara başlamaq və onda olan sünnələr

Gecə namazının neçə rükət qılınması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا عَبْدُ السَّلاَمِ بْنُ عَاصِمٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نَافِعِ بْنِ ثَابِتٍ الزُّبَيْرِيُّ ، حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرٍ ، عَنْ أَبِيهِ ؛ أَنَّ عَبْدَ اللهِ بْنَ قَيْسِ بْنِ مَخْرَمَةَ ، أَخْبَرَهُ عَنْ زَيْدِ بْنِ خَالِدٍ الْجُهَنِيِّ ، قَالَ : قُلْتُ : لأَرْمُقَنَّ صَلاَةَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ اللَّيْلَةَ ، قَالَ : فَتَوَسَّدْتُ عَتَبَتَهُ ، أَوْ فُسْطَاطَهُ ، فَقَامَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَصَلَّى رَكْعَتَيْنِ خَفِيفَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ طَوِيلَتَيْنِ ، طَوِيلَتَيْنِ ، طَوِيلَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، وَهُمَا دُونَ اللَّتَيْنِ قَبْلَهُمَا ، ثُمَّ رَكْعَتَيْنِ ، وَهُمَا دُونَ اللَّتَيْنِ قَبْلَهُمَا ، ثُمَّ رَكْعَتَيْنِ وَهُمَا دُونَ اللَّتَيْنِ قَبْلَهُمَا ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ أَوْتَرَ ، فَتِلْكَ ثَلاَثَ عَشْرَةَ رَكْعَةً.

“Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni ﵁ demişdir: “Mən öz-özümə: “Gecə Allah Elçisinin ﷺ necə namaz qıldığını güdəcəm” deyib onun evinin qapısının ağzını özümə yastıq edib gözləməyə başladım. Allah Elçisi ﷺ durub qısa iki rükət namaz qıldı. Sonra çox uzun iki rükət namaz qıldı. Sonra öncəki iki rükətdən qısa olan iki rükət qıldı. Sonra bundan öncəki iki rükətdən qısa olan iki rükət qıldı. Sonra bundan öncəki iki rükətdən qısa olan iki rükət qıldı. Sonra Vitr (tək) rükət namaz qıldı. Bunlar hamısı birlikdə on üç rükət etdi”.”

Zeyd ibn Xalid əl-Cuhəni
Səhih

İstinad

İbn Məcə, 1362 (İqamətus-salat, 560)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr