Gecə namazının neçə rükət qılınması haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ خَلاَّدٍ الْبَاهِلِيُّ ، حَدَّثَنَا مَعْنُ بْنُ عِيسَى ، حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ ، عَنْ مَخْرَمَةَ بْنِ سُلَيْمَانَ ، عَنْ كُرَيْبٍ ، مَوْلَى ابْنِ عَبَّاسٍ ، عَنِ ابْنِ عَبَّاسٍ أَخْبَرَهُ , أَنَّهُ نَامَ عِنْدَ مَيْمُونَةَ , زَوْجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , وَهِيَ خَالَتُهُ , قَالَ : فَاضْطَجَعْتُ فِي عَرْضِ الْوِسَادَةِ ، وَاضْطَجَعَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَأَهْلُهُ فِي طُولِهَا ، فَنَامَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، حَتَّى إِذَا انْتَصَفَ اللَّيْلُ ، أَوْ قَبْلَهُ بِقَلِيلٍ ، أَوْ بَعْدَهُ بِقَلِيلٍ ، اسْتَيْقَظَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَجَعَلَ يَمْسَحُ النَّوْمَ عَنْ وَجْهِهِ بِيَدِهِ ، ثُمَّ قَرَأَ آيَاتٍ مِنْ آخِرِ سُورَةِ آلِ عِمْرَانَ ، ثُمَّ قَامَ إِلَى شَنٍّ مُعَلَّقَةٍ ، فَتَوَضَّأَ مِنْهَا ، فَأَحْسَنَ وُضُوءَهُ ، ثُمَّ قَامَ يُصَلِّي. قَالَ عَبْدُ اللهِ بْنُ عَبَّاسٍ : فَقُمْتُ , فَصَنَعْتُ مِثْلَ مَا صَنَعَ ، ثُمَّ ذَهَبْتُ , فَقُمْتُ إِلَى جَنْبِهِ , فَوَضَعَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَدَهُ الْيُمْنَى عَلَى رَأْسِي , وَأَخَذَ أُذُنِي الْيُمْنَى يَفْتِلُهَا ، فَصَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ أَوْتَرَ ، ثُمَّ اضْطَجَعَ , حَتَّى جَاءَهُ الْمُؤَذِّنُ ، فَصَلَّى رَكْعَتَيْنِ خَفِيفَتَيْنِ ، ثُمَّ خَرَجَ إِلَى الصَّلاَةِ.
“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ xalası və Peyğəmbərin ﷺ zövcəsi Məymunənin yanında gecələmişdi. İbn Abbas başını yastığın enli tərəfinə qoyub uzandı. Allah Elçisi ﷺ və ailəsi də başlarını yastığın uzun tərəfindən qoyub yatdılar. Peyğəmbər ﷺ gecənin yarısı və ya ondan qabaq və ya sonraya qədər yatdı. Peyğəmbər ﷺ oyandıqdan sonra oturub əlləri ilə üzünü ovuşdurdu və “Ali-İmran” surəsinin sonundan on ayə oxudu. Sonra ayağa durub asılı vəziyyətdə olan tuluqdakı su ilə gözəl şəkildə dəstəmaz aldı. Sonra namaz qıldı. Abdullah ibn Abbas deyir: “Mən qalxdım və onun etdiyi kimi etdim. Sonra gedib onun yanında (sol tərəfində) dayandım. Allah Elçisi ﷺ sağ əlini başımın üzərinə qoydu və sağ qulağımdan çəkdi. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra da vitri qıldı və müəzzin gələnə qədər yatdı. (Azan verildikdən sonra) sonra da iki rükət yüngül (qısa) namaz qıldı. Sonra da Sübh namazını qılmaq üçün (evindən məscidə) çıxdı”.”
İstinad
İbn Məcə, 1363 (İqamətus-salat, 561)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr