Namazlara başlamaq və onda olan sünnələr

Gecə namazının hansı vaxtda qılınmasının daha üstün olması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، وَمُحَمَّدُ بْنُ الْوَلِيدِ ، قَالُوا : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ يَعْلَى بْنِ عَطَاءٍ ، عَنْ يَزِيدَ بْنِ طَلْقٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْبَيْلَمَانِيِّ ، عَنْ عَمْرِو بْنِ عَبَسَةَ ، قَالَ : أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، مَنْ أَسْلَمَ مَعَكَ ؟ قَالَ : حُرٌّ وَعَبْدٌ , قُلْتُ : هَلْ مِنْ سَاعَةٍ أَقْرَبُ إِلَى اللهِ مِنْ أُخْرَى ؟ قَالَ : نَعَمْ ، جَوْفُ اللَّيْلِ الأَوْسَطُ.

“Rəvayət edilir ki, Amr ibn Abəsə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ yanına gəlib dedim: “Ey Allahın Elçisi, səninlə birlikdə İslamı ilk qəbul edən kimdir?” O dedi: “Bir azad və bir kölə”. Mən dedim: “Allaha daha yaxın olmaq üçün bir saat vardırmı?” O dedi: “Bəli, bu, gecənin tam ortasıdır”.”

Amr ibn Abəsə
Səhih

İstinad

İbn Məcə, 1364 (İqamətus-salat, 562)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr