Namazlara başlamaq və onda olan sünnələr

Evdə qılınan nafilə namazlar haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَبُو بِشْرٍ بَكْرُ بْنُ خَلَفٍ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، عَنْ مُعَاوِيَةَ بْنِ صَالِحٍ ، عَنِ الْعَلاَءِ بْنِ الْحَارِثِ ، عَنْ حَرَامِ بْنِ حَكِيمٍ ، عَنْ عَمِّهِ عَبْدِ اللهِ بْنِ سَعْدٍ ، قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَيُّمَا أَفْضَلُ ؟ الصَّلاَةُ فِي بَيْتِي أَوِ الصَّلاَةُ فِي الْمَسْجِدِ ؟ قَالَ : أَلاَ تَرَى إِلَى بَيْتِي ؟ مَا أَقْرَبَهُ مِنَ الْمَسْجِدِ , فَلأَنْ أُصَلِّيَ فِي بَيْتِي أَحَبُّ إِلَيَّ مِنْ أَنْ أُصَلِّيَ فِي الْمَسْجِدِ ، إِلاَّ أَنْ تَكُونَ صَلاَةً مَكْتُوبَةً.

“Rəvayət edilir ki, Həram ibn Həkimin əmisi Abdullah ibn Səd ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ soruşdum: “Evimdə qıldığım namaz daha fəzilətlidir, yoxsa məsciddə?” O dedi: “Görmürsənmi, mənim evim məscidə necə yaxındır? Fərz namazlarından başqa evimdə qıldığım namaz mənim üçün məsiddə qılınan namazdan daha sevimlidir”.”

Abdullah ibn Səd
Səhih

İstinad

İbn Məcə, 1378 (İqamətus-salat, 576)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr