Namazlara başlamaq və onda olan sünnələr

Duha namazı haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ يَزِيدَ بْنِ أَبِي زِيَادٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ الْحَارِثِ ، قَالَ : سَأَلْتُ فِي زَمَنِ عُثْمَانَ بْنِ عَفَّانَ , وَالنَّاسُ مُتَوَافِرُونَ ، أَوْ مُتَوَافُونَ ، عَنْ صَلاَةِ الضُّحَى ، فَلَمْ أَجِدْ أَحَدًا يُخْبِرُنِي أَنَّهُ صَلاَّهَا ، يَعْنِي النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، غَيْرَ أُمِّ هَانِئٍ , فَأَخْبَرَتْنِي أَنَّهُ صَلاَّهَا ثَمَانَ رَكَعَاتٍ.

“Rəvayət edilir ki, Abdullah ibn əl-Haris ﵀ demişdir: “Mən Osman ibn Əffanın dövründə insanların çox olduğu bir yerdə Duha namazı haqda soruşdum. Duha namazı haqda mənə Ummu Hanidən başqa heç kim bir şey demədi. Ummu Hani mənə Peyğəmbərin ﷺ Duha namazını səkkiz rükət qıldığını xəbər verdi.”

Abdullah ibn əl-Haris
Səhih

İstinad

İbn Məcə, 1379 (İqamətus-salat, 577)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr