İstixarə namazı haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا أَحْمَدُ بْنُ يُوسُفَ السُّلَمِيُّ ، حَدَّثَنَا خَالِدُ بْنُ مَخْلَدٍ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ أَبِي الْمَوَالِي ، قَالَ : سَمِعْتُ مُحَمَّدَ بْنَ الْمُنْكَدِرِ يُحَدِّثُ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُعَلِّمُنَا الاِسْتِخَارَةَ ، كَمَا يُعَلِّمُنَا السُّورَةَ مِنَ الْقُرْآنِ يَقُولُ : إِذَا هَمَّ أَحَدُكُمْ بِالأَمْرِ , فَلْيَرْكَعْ رَكْعَتَيْنِ مِنْ غَيْرِ الْفَرِيضَةِ ، ثُمَّ لِيَقُلِ : اللَّهُمَّ إِنِّي أَسْتَخِيرُكَ بِعِلْمِكَ , وَأَسْتَقْدِرُكَ بِقُدْرَتِكَ , وَأَسْأَلُكَ مِنْ فَضْلِكَ الْعَظِيمِ ، فَإِنَّكَ تَقْدِرُ وَلاَ أَقْدِرُ ، وَتَعْلَمُ وَلاَ أَعْلَمُ ، وَأَنْتَ عَلاَّمُ الْغُيُوبِ ، اللَّهُمَّ إِنْ كُنْتَ تَعْلَمُ هَذَا الأَمْرَ ، فَيُسَمِّيهِ ، مَا كَانَ مِنْ شَيْءٍ ، خَيْرًا لِي فِي دِينِي , وَمَعَاشِي , وَعَاقِبَةِ أَمْرِي ، أَوْ خَيْرًا لِي فِي عَاجِلِ أَمْرِي وَآجِلِهِ ، فَاقْدُرْهُ لِي , وَيَسِّرْهُ لِي , وَبَارِكْ لِي فِيهِ ، وَإِنْ كُنْتَ تَعْلَمُ ، يَقُولُ مِثْلَ مَا قَالَ فِي الْمَرَّةِ الأُولَى ، وَإِنْ كَانَ شَرًّا لِي ، فَاصْرِفْهُ عَنِّي , وَاصْرِفْنِي عَنْهُ ، وَاقْدُرْ لِي الْخَيْرَ حَيْثُمَا كَانَ ، ثُمَّ رَضِّنِي بِهِ.
“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ Qurandakı surələri bizə öyrətdiyi kimi istixarə duasını da bizə öyrədib deyərdi: “Sizdən biriniz bir işə başlamaq istədikdə fərz namazlarından əlavə iki rükət namaz qılsın və desin: “Allahım, Səndən Öz elminlə mənə xeyir verməyini diləyirəm və Öz qüdrətinlə mənə qüdrət verməyini diləyirəm! Səndən Sənin böyük lütfünü diləyirəm! Sənin (hər şeyə) qüdrətin çatır, mənimsə qüdrətim çatmır. Sən (hər şeyi) bilirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən! Allahım, bu iş (adını çəkir) mənim üçün dinimdə, yaşayışımda və işimin sonunda (yaxud deyir: dünyam və axirətim üçün) xeyirlidirsə, onu mənə nəsib et, asanlaşdır, sonra da onu mənim üçün bərəkətli et! Bu iş mənim üçün... Sonra əvvəldə dediklərini təkrar edir... Dinimdə, yaşayışımda və işimin sonunda (yaxud deyir: dünyam və axirətim üçün) zərərlidirsə, onu məndən, məni də ondan uzaq et! Harada olsa, mənə xeyir nəsib et, sonra məni ondan razı sal!””
İstinad
İbn Məcə, 1383 (İqamətus-salat, 581)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr