Namazlara başlamaq və onda olan sünnələr

Hacət namazı haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَحْمَدُ بْنُ مَنْصُورِ بْنِ سَيَّارٍ ، حَدَّثَنَا عُثْمَانُ بْنُ عُمَرَ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي جَعْفَرٍ الْمَدَنِيِّ ، عَنْ عُمَارَةَ بْنِ خُزَيْمَةَ بْنِ ثَابِتٍ ، عَنْ عُثْمَانَ بْنِ حُنَيْفٍ ، أَنَّ رَجُلاً ضَرِيرَ الْبَصَرِ أَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : ادْعُ اللَّهَ لِي أَنْ يُعَافِيَنِي , فَقَالَ : إِنْ شِئْتَ أَخَّرْتُ لَكَ وَهُوَ خَيْرٌ ، وَإِنْ شِئْتَ دَعَوْتُ , فَقَالَ : ادْعُهْ ، فَأَمَرَهُ أَنْ يَتَوَضَّأَ فَيُحْسِنَ وُضُوءَهُ ، وَيُصَلِّيَ رَكْعَتَيْنِ ، وَيَدْعُوَ بِهَذَا الدُّعَاءِ : اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ ، وَأَتَوَجَّهُ إِلَيْكَ بِمُحَمَّدٍ نَبِيِّ الرَّحْمَةِ ، يَا مُحَمَّدُ , إِنِّي قَدْ تَوَجَّهْتُ بِكَ إِلَى رَبِّي فِي حَاجَتِي هَذِهِ لِتُقْضَى ، اللَّهُمَّ فَشَفِّعْهُ فِيَّ.

“Osman ibn Huneyf ﵁ rəvayət edir ki, gözündən zədə alan bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Allaha dua et ki, mənə şəfa versin”. Peyğəmbər ﷺ dedi: “İstəyirsənsə, bu xəstəliyinin mükafatını sənin üçün Axirətə saxlayım, istəyirsənsə də, dua edim”. Kişi dedi: “Dua et!” Peyğəmbər ﷺ ona gözəl şəkildə dəstəmaz almağı və iki rükət namaz qılaraq belə dua etməyi əmr etdi: “Allahım, Səndən istəyirəm və rəhmət peyğəmbəri olan Muhəmmədin (duası) vasitəsilə Sənə yönəlirəm! Ey Muhəmməd, bu ehtiyacımdan ötrü Sənin yardımınla Rəbbimə yönəldim. Allahım, Muhəmmədi mənə şəfaətçi et!””

Osman ibn Huneyf
Səhih

İstinad

İbn Məcə, 1385 (İqamətus-salat, 583)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr