Təsbih namazı haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا مُوسَى بْنُ عَبْدِ الرَّحْمَنِ أَبُو عِيسَى الْمَسْرُوقِيُّ ، حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ ، حَدَّثَنَا مُوسَى بْنُ عُبَيْدَةَ , حَدَّثَنِي سَعِيدُ بْنُ أَبِي سَعِيدٍ ، مَوْلَى أَبِي بَكْرِ بْنِ عَمْرِو بْنِ حَزْمٍ ، عَنْ أَبِي رَافِعٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لِلْعَبَّاسِ : يَا عَمِّ , أَلاَ أَحْبُوكَ ، أَلاَ أَنْفَعُكَ ، أَلاَ أَصِلُكَ ؟ قَالَ : بَلَى ، يَا رَسُولَ اللهِ ، قَالَ : فَصَلِّ أَرْبَعَ رَكَعَاتٍ , تَقْرَأُ فِي كُلِّ رَكْعَةٍ بِفَاتِحَةِ الْكِتَابِ وَسُورَةٍ ، فَإِذَا انْقَضَتِ الْقِرَاءَةُ , فَقُلْ : سُبْحَانَ اللهِ , وَالْحَمْدُ لِلَّهِ , وَلاَ إِلَهَ إِلاَّ اللَّهُ , وَاللَّهُ أَكْبَرُ , خَمْسَ عَشْرَةَ مَرَّةً , قَبْلَ أَنْ تَرْكَعَ ، ثُمَّ ارْكَعْ فَقُلْهَا عَشْرًا ، ثُمَّ ارْفَعْ رَأْسَكَ فَقُلْهَا عَشْرًا ، ثُمَّ اسْجُدْ فَقُلْهَا عَشْرًا ، ثُمَّ ارْفَعْ رَأْسَكَ فَقُلْهَا عَشْرًا ، ثُمَّ اسْجُدْ فَقُلْهَا عَشْرًا ، ثُمَّ ارْفَعْ رَأْسَكَ فَقُلْهَا عَشْرًا , قَبْلَ أَنْ تَقُومَ ، فَتِلْكَ خَمْسٌ وَسَبْعُونَ فِي كُلِّ رَكْعَةٍ ، وَهِيَ ثَلاَثُ مِئَةٍ فِي أَرْبَعِ رَكَعَاتٍ ، فَلَوْ كَانَتْ ذُنُوبُكَ مِثْلَ رَمْلِ عَالِجٍ غَفَرَهَا اللَّهُ لَكَ , قَالَ : يَا رَسُولَ اللهِ ، وَمَنْ لَمْ يَسْتَطِعْ يَقُولُهَا فِي يَوْمٍ ؟ قَالَ : قُلْهَا فِي جُمُعَةٍ ، فَإِنْ لَمْ تَسْتَطِعْ , فَقُلْهَا فِي شَهْرٍ , حَتَّى قَالَ : فَقُلْهَا فِي سَنَةٍ.
“Rəvayət edilir ki, Əbu Rafi ﵁ demişdir: “Allah Elçisi ﷺ Abbasa dedi: “Ey əmim, sənə hədiyyə verimmi? Sənə faydalı olummu? Səninlə qohumluq əlaqələrimi möhkəmləndirimmi?” Abbas dedi: “Bəli, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Dörd rükət namaz qıl! Hər rükətində “əl-Fatihə” surəsini və başqa bir surə oxu! Oxuyub qurtardıqdan sonra rukudan qabaq on beş dəfə: “Subhə:n-Alla:hi vəlhəmdulillə:hi və lə: ilə:hə illəlla:hu və Alla:hu Əkbər!”- de! Sonra ruku et və (o vəziyyətdə) on dəfə bu duanı de! Sonra rukudan qalx, dikəl, on dəfə bu duanı de! Sonra səcdə et və (o vəziyyətdə) on dəfə bu duanı de! Sonra səcdədən qalx və (o vəziyyətdə) on dəfə bu duanı de! Sonra bir daha səcdə et və (o vəziyyətdə) on dəfə bu duanı de! Sonra başını qaldır və ayağa durmazdan qabaq on dəfə bu duanı de! Hər rükətdə duaların sayı yetmiş beş olmaqla dörd rükətdə bu duanın sayı üç yüz etsin. Əgər sənin günahların dənizin qumları qədər olsa belə, Allah onları sənə bağışlayar”. Abbas dedi: “Ey Allahın Elçisi, əgər bir kəs bunu bir gün deməsə necə?” Peyğəmbər ﷺ buyurdu: “Bunu həftədə bir dəfə, edə bilməsən, ayda bir dəfə, onu da edə bilməsən, ildə bir dəfə de!””
İstinad
İbn Məcə, 1386 (İqamətus-salat, 584)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr