Namazlara başlamaq və onda olan sünnələr

Namazın günahlara kəffarə olması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَنَصْرُ بْنُ عَلِيٍّ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا مِسْعَرٌ ، وَسُفْيَانُ ، عَنْ عُثْمَانَ بْنِ الْمُغِيرَةِ الثَّقَفِيِّ ، عَنْ عَلِيِّ بْنِ رَبِيعَةَ الْوَالِبِيِّ ، عَنْ أَسْمَاءَ بْنِ الْحَكَمِ الْفَزَارِيِّ ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ ، قَالَ : كُنْتُ إِذَا سَمِعْتُ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ حَدِيثًا ، يَنْفَعُنِي اللَّهُ بِمَا شَاءَ مِنْهُ , وَإِذَا حَدَّثَنِي عَنْهُ غَيْرُهُ ، اسْتَحْلَفْتُهُ , فَإِذَا حَلَفَ صَدَّقْتُهُ ، وَإِنَّ أَبَا بَكْرٍ حَدَّثَنِي , وَصَدَقَ أَبُو بَكْرٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا مِنْ رَجُلٍ يُذْنِبُ ذَنْبًا , فَيَتَوَضَّأُ فَيُحْسِنُ الْوُضُوءَ , ثُمَّ يُصَلِّي رَكْعَتَيْنِ ، وَقَالَ مِسْعَرٌ : ثُمَّ يُصَلِّي فَيَسْتَغْفِرُ اللَّهَ , إِلاَّ غَفَرَ اللَّهُ لَهُ.

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ bir hədis eşitdikdə Allah o hədislə məni istədiyi şəkildə faydalandırırdı. Bir nəfər mənə hədis danışanda ona and içdirirdim. Əgər and içirdisə, ona inanırdım. Bir dəfə Əbu Bəkr mənə bir hədis danışdı. Əbu Bəkr düz danışan idi, o, belə dedi: “Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Günah etdikdən sonra gözəl şəkildə dəstəmaz alaraq iki rükət namaz qılıb Allahdan bağışlanma diləyən elə bir kişi yoxdur ki, Allah onu bağışlamasın”.”

Əli ibn Əbu Talib
Həsən

İstinad

İbn Məcə, 1395 (İqamətus-salat, 593)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr