Namazlara başlamaq və onda olan sünnələr

Namazın günahlara kəffarə olması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ سُفْيَانَ بْنِ عَبْدِ اللهِ ، أَظُنُّهُ عَنْ عَاصِمِ بْنِ سُفْيَانَ الثَّقَفِيِّ ، أَنَّهُمْ غَزَوْا غَزْوَةَ السّلاَسِلِ ، فَفَاتَهُمُ الْغَزْوُ ، فَرَابَطُوا ، ثُمَّ رَجَعُوا إِلَى مُعَاوِيَةَ , وَعِنْدَهُ أَبُو أَيُّوبَ , وَعُقْبَةُ بْنُ عَامِرٍ ، فَقَالَ عَاصِمٌ : يَا أَبَا أَيُّوبَ , فَاتَنَا الْغَزْوُ الْعَامَ ، وَقَدْ أُخْبِرْنَا أَنَّهُ مَنْ صَلَّى فِي الْمَسَاجِدِ الأَرْبَعَةِ ، غُفِرَ لَهُ ذَنْبُهُ ، فَقَالَ : يَا ابْنَ أَخِي , أَدُلُّكَ عَلَى أَيْسَرَ مِنْ ذَلِكَ ، إِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ تَوَضَّأَ كَمَا أُمِرَ ، وَصَلَّى كَمَا أُمِرَ ، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ عَمَلٍ , أَكَذَلِكَ يَا عُقْبَةُ ؟ قَالَ : نَعَمْ.

“Asim ibn Sufyan əs-Səqafi ﵀ rəvayət edir ki, onlar (Muaviyənin dövründə baş vermiş) Sələsil döyüşündə iştirak etməyib, atlarını sərhəddə bağlı saxlamışdılar (sərhəddə məskən salaraq yerləşmişdilər). Onlar bu əməllərini günah sayıb peşman halda Muaviyənin yanına qayıtdılar. Əbu Əyyub və Uqbə ibn Amir də Muaviyənin yanında idi. Asim dedi: “Ey Əbu Əyyub, builki döyüşü ötürdük. Bizə çatıb ki: “Kim bu dörd məsciddə (Məkkə, Mədinə, Qüds və Quba') namaz qılarsa, günahları bağışlanar. Əbu Əyyub dedi: “Ey qardaşoğlu, sənə bundan daha asanını xəbər verimmi? Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim əmr olunduğu kimi gözəl şəkildə dəstəmaz alar, əmr olunduğu kimi namaz qılarsa, keçmiş günahları bağışlanar”. Elədirmi, ey Uqbə?” Uqbə ibn Amir dedi: “Bəli”.”

Asim ibn Sufyan əs-Səqafi
Həsən

İstinad

İbn Məcə, 1396 (İqamətus-salat, 594)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr