Namazın günahlara kəffarə olması haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ أَبِي زِيَادٍ ، حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ , حَدَّثَنِي ابْنُ أَخِي ابْنِ شِهَابٍ ، عَنْ عَمِّهِ , حَدَّثَنِي صَالِحُ بْنُ عَبْدِ اللهِ بْنِ أَبِي فَرْوَةَ ، أَنَّ عَامِرَ بْنَ سَعْدٍ أَخْبَرَهُ , قَالَ : سَمِعْتُ أَبَانَ بْنَ عُثْمَانَ يَقُولَ : قَالَ عُثْمَانُ : سَمِعْتُ رَسُول اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : أَرَأَيْتَ لَوْ كَانَ بِفِنَاءِ أَحَدِكُمْ نَهَرٌ يَجْرِي , يَغْتَسِلُ فِيهِ كُلَّ يَوْمٍ خَمْسَ مَرَّاتٍ ، مَا كَانَ يَبْقِي مِنْ دَرَنِهِ ؟ قَالَ : لاَ شَيْءَ ، قَالَ : فَإِنَّ الصَّلاَةَ تُذْهِبُ الذُّنُوبَ كَمَا يُذْهِبُ الْمَاءُ الدَّرَنَ.
“Rəvayət edilir ki, Osman ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Əgər sizdən birinizin həyətinin önündən çay axsaydı, o da hər gün bu çayda beş dəfə yuyunsaydı, deyin görüm, onun (bədənində olan) çirkabdan bir şey qalardımı?” Səhabələr: “(Onun bədənindəki çirkabdan) heç nə qalmazdı”- deyə cavab verdikdə Allah Elçisi ﷺ buyurdu: “Həqiqətən, su çirkabı silib apardığı kimi namaz da günahları silib aparır”.”
İstinad
İbn Məcə, 1397 (İqamətus-salat, 595)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr