Namazlara başlamaq və onda olan sünnələr

Namazın günahlara kəffarə olması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا سُفْيَانُ بْنُ وَكِيعٍ ، حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، عَنْ سُلَيْمَانَ التَّيْمِيِّ ، عَنْ أَبِي عُثْمَانَ النَّهْدِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، أَنَّ رَجُلاً أَصَابَ مِنَ امْرَأَةٍ ، يَعْنِي مَا دُونَ الْفَاحِشَةِ ، فَلاَ أَدْرِي مَا بَلَغَ ، غَيْرَ أَنَّهُ دُونَ الزِّنَا ، فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَذَكَرَ ذَلِكَ لَهُ ، فَأَنْزَلَ اللَّهُ سُبْحَانَهُ : {وَأَقِمِ الصَّلاَةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفًا مِنَ اللَّيْلِ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ذَلِكَ ذِكْرَى لِلذَّاكِرِينَ} فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَلِي هَذِهِ ؟ قَالَ : لِمَنْ أَخَذَ بِهَا.

“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, bir kişi bir qadına qarşı zina olmadan pis hərəkət etdi və Peyğəmbərin ﷺ yanına gəlib bunu ona söylədi. Pak və Müqəddəs olan Allah da “Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır” (Hud, 114) - ayəsini nazil etdi. Həmin kişi soruşdu: “Ey Allahın Elçisi! Bu yalnız mənə aiddir?” O buyurdu: “Belə bir əməl edən hər kəsə aiddir”.”

Abdullah ibn Məsud
Səhih

İstinad

İbn Məcə, 1398 (İqamətus-salat, 596)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr