Namazlara başlamaq və onda olan sünnələr

Vacib olan beş namazı qılan və onları qoruyan haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا حَرْمَلَةُ بْنُ يَحْيَى الْمِصْرِيُّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنِي يُونُسُ بْنُ يَزِيدَ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : فَرَضَ اللَّهُ عَلَى أُمَّتِي خَمْسِينَ صَلاَةً ، فَرَجَعْتُ بِذَلِكَ ، حَتَّى آتِيَ عَلَى مُوسَى عَلَيْهِ السَّلاَمُ ، فَقَالَ مُوسَى : مَاذَا افْتَرَضَ رَبُّكَ عَلَى أُمَّتِكَ ؟ قُلْتُ : فَرَضَ عَلَيَّ خَمْسِينَ صَلاَةً ، قَالَ : فَارْجِعْ إِلَى رَبِّكَ ، فَإِنَّ أُمَّتَكَ لاَ تُطِيقُ ذَلِكَ ، فَرَاجَعْتُ رَبِّي ، فَوَضَعَ عَنِّي شَطْرَهَا ، فَرَجَعْتُ إِلَى مُوسَى , فَأَخْبَرْتُهُ ، فَقَالَ : ارْجِعْ إِلَى رَبِّكَ ، فَإِنَّ أُمَّتَكَ لاَ تُطِيقُ ذَلِكَ , فَرَاجَعْتُ رَبِّي ، فَقَالَ : هِيَ خَمْسٌ وَهِيَ خَمْسُونَ ، لاَ يُبَدَّلُ الْقَوْلُ لَدَيَّ ، فَرَجَعْتُ إِلَى مُوسَى ، فَقَالَ : ارْجِعْ إِلَى رَبِّكَ ، فَقُلْتُ : قَدِ اسْتَحْيَيْتُ مِنْ رَبِّي.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah ümmətimə əlli (vaxt) namazı vacib etdi. Mən oradan qayıtdıqda Musanın ﵇ yanına gəldim. Musa dedi: “Sənin Rəbbin ümmətinə nəyi vacib etdi?” Mən dedim: “Mənə əlli (vaxt) namazı vacib etdi”. O dedi: “Rəbbinin yanına qayıt! Sənin ümmətin buna tab gətirə bilməyəcək!” Mən Rəbbimin yanına qayıtdım və mənə bunun yarısı vacib edildi. Sonra mən Musanın ﵇ yanına qayıtdım və bunları ona xəbər verdim. O dedi: “Rəbbinin yanına qayıt! Sənin ümmətin buna tab gətirə bilməyəcək!” ...O dedi: “Onlar beş vaxtdır, lakin əlli vaxta bərabərdir. Mənim dərgahımda hökm dəyişilməz”. Mən Musanın ﵇ yanına qayıtdıqda o dedi: “Rəbbinin yanına qayıt!” Mən dedim: “Artıq mən Rəbbimdən həya edirəm”.”

Ənəs ibn Malik
Səhih

İstinad

İbn Məcə, 1399 (İqamətus-salat, 597)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr