Namazlara başlamaq və onda olan sünnələr

Haram məscidində (Kəbədə) və Peyğəmbərin ﷺ məscidində qılınan namazın fəziləti haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ أَسَدٍ ، حَدَّثَنَا زَكَرِيَّا بْنُ عَدِيٍّ ، أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ عَمْرٍو ، عَنْ عَبْدِ الْكَرِيمِ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : صَلاَةٌ فِي مَسْجِدِي , أَفْضَلُ مِنْ أَلْفِ صَلاَةٍ فِيمَا سِوَاهُ , إِلاَّ الْمَسْجِدَ الْحَرَامَ , وَصَلاَةٌ فِي الْمَسْجِدِ الْحَرَامِ , أَفْضَلُ مِنْ مِئَةِ أَلْفِ صَلاَةٍ فِيمَا سِوَاهُ.

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Mənim məscidimdə qılınan namaz Məscidul-Həram istisna olmaqla başqa yerdə qılınan min namazdan daha fəzilətlidir. Məscidul-Haramda qılınan namaz isə digər yerlərdə qılınan yüz min namazdan daha fəzilətlidir”.”

Cabir
Səhih

İstinad

İbn Məcə, 1406 (İqamətus-salat, 604)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr