Beytul-Məqdisdə qılınan namazın fəziləti haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ الْجَهْمِ الأَنْمَاطِيُّ ، حَدَّثَنَا أَيُّوبُ بْنُ سُوَيْدٍ ، عَنْ أَبِي زُرْعَةَ السَّيْبَانِيِّ , يَحْيَى بْنِ أَبِي عَمْرٍو ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الدَّيْلَمِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لَمَّا فَرَغَ سُلَيْمَانُ بْنُ دَاوُدَ عَلَيْهِمَا السَّلاَمُ مِنْ بِنَاءِ بَيْتِ الْمَقْدِسِ ، سَأَلَ اللَّهَ ثَلاَثًا : حُكْمًا يُصَادِفُ حُكْمَهُ ، وَمُلْكًا لاَ يَنْبَغِي لأَحَدٍ مِنْ بَعْدِهِ ، وَأَلاَّ يَأْتِيَ هَذَا الْمَسْجِدَ أَحَدٌ لاَ يُرِيدُ إِلاَّ الصَّلاَةَ فِيهِ ، إِلاَّ خَرَجَ مِنْ ذُنُوبِهِ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ , فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَمَّا اثْنَتَانِ فَقَدْ أُعْطِيَهُمَا ، وَأَرْجُو أَنْ يَكُونَ قَدْ أُعْطِيَ الثَّالِثَةَ.
“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Davudun oğlu Süleyman ﵇ Beytul-Məqdisi (Qüds məscidini) tikəndə Allahdan ﷿ üç şey istədi; Allahdan ﷿ düzgün hökm çıxarmağı istədi, Allahdan ﷿ özündən sonra heç kəsə verilməyəcək bir səltənət istədi və Allahdan ﷿ bu məscidə yalnız namaz qılmaq üçün gələn hər kəsi günahlarından anasından doğulduğu gündə olduğu kimi təmizləməsini istədi”. Sonra Peyğəmbər ﷺ dedi: “İkisi ona verildi və ümid edirəm ki, üçüncüsü də ona verilmişdir”.”
İstinad
İbn Məcə, 1408 (İqamətus-salat, 606)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr