Peyğəmbərin ﷺ məscidinə minbər qoyulması haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَبْدِ اللهِ الرَّقِّيُّ ، حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ عَمْرٍو الرَّقِّيُّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَقِيلٍ ، عَنِ الطُّفَيْلِ بْنِ أُبَيِّ بْنِ كَعْبٍ ، عَنْ أَبِيهِ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُصَلِّي إِلَى جِذْعٍ , إِذْ كَانَ الْمَسْجِدُ عَرِيشًا ، وَكَانَ يَخْطُبُ إِلَى ذَلِكَ الْجِذْعِ ، فَقَالَ رَجُلٌ مِنْ أَصْحَابِهِ : هَلْ لَكَ أَنْ نَجْعَلَ لَكَ شَيْئًا تَقُومُ عَلَيْهِ يَوْمَ الْجُمُعَةِ , حَتَّى يَرَاكَ النَّاسُ وَتُسْمِعَهُمْ خُطْبَتَكَ ؟ قَالَ : نَعَمْ , فَصَنَعَ لَهُ ثَلاَثَ دَرَجَاتٍ ، فَهِيَ الَّتِي عَلَى الْمِنْبَرِ ، فَلَمَّا وُضِعَ الْمِنْبَرُ ، وَضَعُوهُ فِي مَوْضِعِهِ الَّذِي فِيهِ ، فَلَمَّا أَرَادَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ يَقُومَ إِلَى الْمِنْبَرِ ، مَرَّ إِلَى الْجِذْعِ الَّذِي كَانَ يَخْطُبُ إِلَيْهِ ، فَلَمَّا جَاوَزَ الْجِذْعَ ، خَارَ حَتَّى تَصَدَّعَ وَانْشَقَّ ، فَنَزَلَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لَمَّا سَمِعَ صَوْتَ الْجِذْعِ ، فَمَسَحَهُ بِيَدِهِ حَتَّى سَكَنَ ، ثُمَّ رَجَعَ إِلَى الْمِنْبَرِ ، وَكَانَ إِذَا صَلَّى ، صَلَّى إِلَيْهِ ، فَلَمَّا هُدِمَ الْمَسْجِدُ وَغُيِّرَ , أَخَذَ ذَلِكَ الْجِذْعَ أُبَيُّ بْنُ كَعْبٍ ، وَكَانَ عِنْدَهُ فِي بَيْتِهِ حَتَّى بَلِيَ ، فَأَكَلَتْهُ الأَرَضَةُ وَعَادَ رُفَاتًا.
“ət-Tufeyl ibn Ubey ibn Kəb atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Məscidin təzə tikildiyi vaxtlarda Allah Elçisi ﷺ bir kötüyə doğru namaz qılar, xütbə dedikdə üstünə çıxardı. Səhabələrindən bir kişi dedi: “Cümə günü insanların sənin xütbəni görmələri və dinləmələri üçün bir minbər düzəltməyimizi istəyirsənmi?” Allah Elçisi ﷺ: “Bəli” dedi. Həmin kişi üç pilləkənlı bir minbər düzəltdirdi. Allah Elçisi ﷺ xütbə demək üçün kötüyün yanından keçib minbərə çıxmaq istədikdə kötük hönkürtü ilə ağlamağa başladı. Allah Elçisi ﷺ minbərdən enib kötük səsini kəsənə qədər kötüyü əli ilə tumarladı və minbərə qayıtdı. Allah Elçisi ﷺ namaz qıldıqda kötüyə doğru namaz qılırdı. Məscid tam tikildikdən sonra Ubey ibn Kəb kötüyü evinə apardı. Kötük də çürüyənə qədər onun evində qaldı”.”
İstinad
İbn Məcə, 1414 (İqamətus-salat, 612)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr