Namazlara başlamaq və onda olan sünnələr

Peyğəmbərin ﷺ məscidinə minbər qoyulması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ خَلاَّدٍ الْبَاهِلِيُّ ، حَدَّثَنَا بَهْزُ بْنُ أَسَدٍ ، حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ عَمَّارِ بْنِ أَبِي عَمَّارٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، وَعَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَانَ يَخْطُبُ إِلَى جِذْعٍ , فَلَمَّا اتَّخَذَ الْمِنْبَرَ , ذَهَبَ إِلَى الْمِنْبَرِ , فَحَنَّ الْجِذْعُ , فَأَتَاهُ فَاحْتَضَنَهُ فَسَكَنَ , فَقَالَ : لَوْ لَمْ أَحْتَضِنْهُ لَحَنَّ إِلَى يَوْمِ الْقِيَامَةِ.

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bir xurma kötüyünə söykənərək xütbə deyərdi. Minbər qoyulduqda və Peyğəmbər ﷺ minbərə doğru getdikdə kötük inildəyərək ağladı. Peyğəmbər ﷺ onun yanına gəlib onu qucaqladı, o da sakitləşdi. Sonra Peyğəmbər ﷺ buyurdu: “Əgər onu qucaqlamasaydım, Qiyamətə qədər inildəyəcəkdi”.”

Ənəs
Səhih

İstinad

İbn Məcə, 1415 (İqamətus-salat, 613)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr