Namazlara başlamaq və onda olan sünnələr

Peyğəmbərin ﷺ məscidinə minbər qoyulması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَحْمَدُ بْنُ ثَابِتٍ الْجَحْدَرِيُّ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ أَبِي حَازِمٍ ، قَالَ : اخْتَلَفَ النَّاسُ فِي مِنْبَرِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , مِنْ أَيِّ شَيْءٍ هُوَ ؟ فَأَتَوْا سَهْلَ بْنَ سَعْدٍ فَسَأَلُوهُ , فَقَالَ : مَا بَقِيَ أَحَدٌ مِنَ النَّاسِ أَعْلَمُ بِهِ مِنِّي , هُوَ مِنْ أَثْلِ الغَابَةِ عَمِلَهُ فُلاَنٌ مَوْلَى فُلاَنَةَ نَجَّارٌ فَجَاءَ بِهِ ، فَقَامَ عَلَيْهِ حِينَ وُضِعَ ، فَاسْتَقْبَلَ الْقِبْلَةَ , وَقَامَ النَّاسُ خَلْفَهُ ، فَقَرَأَ ثُمَّ رَكَعَ ثُمَّ رَفَعَ رَأْسَهُ , فَرَجَعَ الْقَهْقَرَى حَتَّى سَجَدَ بِالأَرْضِ ، ثُمَّ عَادَ إِلَى الْمِنْبَرِ , فَقَرَأَ ثُمَّ رَكَعَ فَقَامَ ثُمَّ رَجَعَ الْقَهْقَرَى , حَتَّى سَجَدَ بِالأَرْضِ.

“Rəvayət edilir ki, Əbu Hazim ﵁ demişdir: “İnsanlar Allah Elçisinin ﷺ minbərinin nədən düzəldiyi haqda ixtilaf etdilər. Onlar Səhl ibn Sədin yanına gəlib soruşdular. O da dedi: “Minbərin nədən düzəldiyini məndən yaxşı bilən yoxdur. Həmin minbər meşədə bitən Əsl ağacından düzəldilmişdi. Onu filan qadının dülgərlik edən köləsi düzəltmişdi. Minbər düzəlib yerinə qoyulduqdan sonra Peyğəmbər ﷺ onun üzərinə çıxdı və qibləyə yönəldi. İnsanlar da onun arxasında urdular. O, Quran oxudu, sonra ruku etdi, sonra da başını rukudan qaldırıb dikəldi. Sonra geriyə çəkilərək minbərdən endi və yerdə səcdə etdi. Sonra minbərə çıxdı, Quran oxudu, ruku etdi, geriyə çəkilərək minbərdən enib yerdə səcdə etdi və namazını bitirdi”.”

Əbu Hazim
Səhih

İstinad

İbn Məcə, 1416 (İqamətus-salat, 614)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr