Namazlara başlamaq və onda olan sünnələr

Peyğəmbərin ﷺ məscidinə minbər qoyulması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَبُو بِشْرٍ بَكْرُ بْنُ خَلَفٍ ، حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ سُلَيْمَانَ التَّيْمِيِّ ، عَنْ أَبِي نَضْرَةَ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُومُ إِلَى أَصْلِ شَجَرَةٍ ، أَوْ قَالَ : إِلَى جِذْعٍ ، ثُمَّ اتَّخَذَ مِنْبَرًا ، قَالَ : فَحَنَّ الْجِذْعُ ، قَالَ جَابِرٌ : حَتَّى سَمِعَهُ أَهْلُ الْمَسْجِدِ ، حَتَّى أَتَاهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَمَسَحَهُ , فَسَكَنَ ، فَقَالَ بَعْضُهُمْ : لَوْ لَمْ يَأْتِهِ لَحَنَّ إِلَى يَوْمِ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ xurma ağacından olan kötüyə söykənərək xütbə verərdi. Sonra Peyğəmbərə ﷺ bir minbər düzəltdilər”. Ravi deyir: “Belə olduqda kötük inildəməyə başladı”. Cabir deyir: “Kötük elə tərzdə inildəməyə başladı ki, məsciddə olanlar onun səsini eşitdilər. Sonra Allah Elçisi ﷺ onu tumarladı və o da sakitləşdi. Bəziləri dedilər: “Allah Elçisi onun yanına gəlməsəydi, kötük Qiyamət gününə qədər inildəyəcəkdi”.”

Cabir ibn Abdullah
Səhih

İstinad

İbn Məcə, 1417 (İqamətus-salat, 615)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr