Namazlara başlamaq və onda olan sünnələr

Namazın uzun qılınması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ عَامِرِ بْنِ زُرَارَةَ ، وَسُوَيْدُ بْنُ سَعِيدٍ ، قَالاَ : حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : صَلَّيْتُ ذَاتَ لَيْلَةٍ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَلَمْ يَزَلْ قَائِمًا حَتَّى هَمَمْتُ بِأَمْرِ سَوْءٍ ، قُلْتُ : وَمَا ذَاكَ الأَمْرُ ؟ قَالَ : هَمَمْتُ أَنْ أَجْلِسَ وَأَتْرُكَهُ.

“Əbu Vail ﵀ rəvayət edir ki, Abdullah demişdir: “Bir dəfə gecə vaxtı Allah Elçisi ﷺ ilə birlikdə namaz qıldım. O, ayaq üstə o qədər dayandı ki, pis bir şey etmək istəmişdim”. Mən dedim: “Pis bir iş nə idi?” Abdullah dedi: “Onu ayaq üstə tərk edib oturmaq istəmişdim”.”

Əbu Vail
Səhih

İstinad

İbn Məcə, 1418 (İqamətus-salat, 616)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr