Namazın uzun qılınması haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ زِيَادِ بْنِ عِلاَقَةَ ، سَمِعَ الْمُغِيرَةَ يَقُولُ : قَامَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ حَتَّى تَوَرَّمَتْ قَدَمَاهُ ، فَقِيلَ : يَا رَسُولَ اللهِ ، قَدْ غَفَرَ اللَّهُ لَكَ مَا تَقَدَّمَ مِنْ ذَنْبِكَ وَمَا تَأَخَّرَ ، قَالَ : أَفَلاَ أَكُونُ عَبْدًا شَكُورًا.
“Rəvayət edilir ki, əl-Muğira ﵁ demişdir: “Allah Elçisi ﷺ namazda ayaq üstə o qədər durdu ki, ayaqları şişdi. Ona dedilər: “Ey Allahın Elçisi! Allah sənin keçmiş və gələcək günahlarını bağışladığı halda nəyə görə özünə bu qədər əziyyət verirsən?” Allah Elçisi ﷺ buyurdu: “Bəs mən şükür edən bir bəndə olmayımmı?””
İstinad
İbn Məcə, 1419 (İqamətus-salat, 617)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr