Namazlara başlamaq və onda olan sünnələr

Çox səcdə etmək haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَعَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيَّانِ ، قَالاَ : حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ ثَابِتِ بْنِ ثَوْبَانَ ، عَنْ أَبِيهِ ، عَنْ مَكْحُولٍ ، عَنْ كَثِيرِ بْنِ مُرَّةَ ، أَنَّ أَبَا فَاطِمَةَ حَدَّثَهُ قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، أَخْبِرْنِي بِعَمَلٍ أَسْتَقِيمُ عَلَيْهِ وَأَعْمَلُهُ ، قَالَ : عَلَيْكَ بِالسُّجُودِ ؛ فَإِنَّكَ لاَ تَسْجُدُ لِلَّهِ سَجْدَةً , إِلاَّ رَفَعَكَ اللَّهُ بِهَا دَرَجَةً ، وَحَطَّ عَنْكَ بِهَا خَطِيئَةً.

“Rəvayət edilir ki, Əbu Fatimə ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, mənə elə bir əməl haqqında xəbər ver ki, özümü və əməlimi düzəldim”. Allah Elçisi ﷺ buyurdu: “Səcdə etməyə diqqət yetir. Şübhəsiz ki, sən Allah üçün hər dəfə səcdə etdikdə, onun sayəsində Allah səni bir dərəcə yüksəldir və bir günahını silir”.”

Əbu Fatimə
Səhih

İstinad

İbn Məcə, 1422 (İqamətus-salat, 620)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr