Çox səcdə etmək haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ عَمْرٍو أَبُو عَمْرٍو الأَوْزَاعِيُّ ، قَالَ : حَدَّثَنِي الْوَلِيدُ بْنُ هِشَامٍ الْمُعَيْطِيُّ ، حَدَّثَنِي مَعْدَانُ بْنُ أَبِي طَلْحَةَ الْيَعْمُرِيُّ ، قَالَ : لَقِيتُ ثَوْبَانَ , فَقُلْتُ لَهُ : حَدِّثْنِي حَدِيثًا عَسَى اللَّهُ أَنْ يَنْفَعَنِي بِهِ ، قَالَ : فَسَكَتَ ، ثُمَّ عُدْتُ فَقُلْتُ مِثْلَهَا ، فَسَكَتَ , قُلْتُ ثَلاَثَ مَرَّاتٍ ، فَقَالَ : عَلَيْكَ بِالسُّجُودِ لِلَّهِ ، فَإِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَا مِنْ عَبْدٍ يَسْجُدُ لِلَّهِ سَجْدَةً , إِلاَّ رَفَعَهُ اللَّهُ بِهَا دَرَجَةً ، وَحَطَّ عَنْهُ بِهَا خَطِيئَةً. قَالَ مَعْدَانُ : ثُمَّ لَقِيتُ أَبَا الدَّرْدَاءِ فَسَأَلْتُهُ , فَقَالَ مِثْلَ ذَلِكَ.
“Rəvayət edilir ki, Mədan ibn Əbu Təlhə əl-Yə'muri ﵀ demişdir: “Səubən ilə görüşdüm və ona dedim: “Mənə elə bir hədis danış ki, Allah onunla məni faydalandırsın”. O susdu. Mən yenə soruşduqda o yenə də susdu. Üçüncü dəfə soruşduqda o dedi: “Allaha səcdə etməyə diqqət yetir, çünki mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Elə bir bəndə yoxdur ki, Allah üçün hər dəfə səcdə etdikdə onun sayəsində Allah onu bir dərəcə yüksəltməsin və bir günahını silməsin”.”
İstinad
İbn Məcə, 1423 (İqamətus-salat, 621)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr