Çox səcdə etmək haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا الْعَبَّاسُ بْنُ عُثْمَانَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، عَنْ خَالِدِ بْنِ يَزِيدَ الْمُرِّيِّ ، عَنْ يُونُسَ بْنِ مَيْسَرَةَ بْنِ حَلْبَسٍ ، عَنِ الصُّنَابِحِيِّ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ ، أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَا مِنْ عَبْدٍ يَسْجُدُ لِلَّهِ سَجْدَةً , إِلاَّ كَتَبَ اللَّهُ لَهُ بِهَا حَسَنَةً ، وَمَحَا عَنْهُ بِهَا سَيِّئَةً ، وَرَفَعَ لَهُ بِهَا دَرَجَةً ، فَاسْتَكْثِرُوا مِنَ السُّجُودِ.
“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Elə bir bəndə yoxdur ki, Allah üçün hər dəfə səcdə etdikdə, onun sayəsində Allah ona bir savab yazmasın, bir günahını silməsin və onu bir dərəcə yüksəltməsin. Ona görə səcdələri çoxaldın!””
İstinad
İbn Məcə, 1424 (İqamətus-salat, 622)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr