Məsciddə daim eyni yerdə namaz qılmaq haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ وَحَدَّثَنَا أَبُو بِشْرٍ بَكْرُ بْنُ خَلَفٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ الْحَمِيدِ بْنُ جَعْفَرٍ ، عَنْ أَبِيهِ ، عَنْ تَمِيمِ بْنِ مَحْمُودٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ شِبْلٍ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ ثَلاَثٍ : عَنْ نَقْرَةِ الْغُرَابِ ، وَعَنْ فَرْشَةِ السَّبُعِ ، وَأَنْ يُوطِنَ الرَّجُلُ الْمَكَانَ الَّذِي يُصَلِّي فِيهِ كَمَا يُوطِنُ الْبَعِيرُ.
“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Şibl ﵁ demişdir: “Allah Elçisi ﷺ üç şeyi qadağan etmişdir: “Namaz qıldıqda qarğanın yeri dimdikləməsi kimi tez-tez səcdə etməyi; heyvan oturuşu kimi oturmağı; dəvənin müəyyən bir yeri seçib həmişə orada oturduğu kimi kişinin məsciddə həmişə eyni yeri məskən etməsini”.”
İstinad
İbn Məcə, 1429 (İqamətus-salat, 627)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr