Məsciddə daim eyni yerdə namaz qılmaq haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا الْمُغِيرَةُ بْنُ عَبْدِ الرَّحْمَنِ الْمَخْزُومِيُّ ، عَنْ يَزِيدَ بْنِ أَبِي عُبَيْدٍ ، عَنْ سَلَمَةَ بْنِ الأَكْوَعِ ، أَنَّهُ كَانَ يَأْتِي إِلَى سُبْحَةِ الضُّحَى , فَيَعْمِدُ إِلَى الأُسْطُوَانَةِ ، دُونَ الْمُصْحَفِ ، فَيُصَلِّي قَرِيبًا مِنْهَا ، فَأَقُولُ لَهُ : أَلاَ تُصَلِّي هَاهُنَا ؟ وَأُشِيرُ إِلَى بَعْضِ نَوَاحِي الْمَسْجِدِ ، فَيَقُولُ : إِنِّي رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَتَحَرَّى هَذَا الْمُقَامَ.
“Rəvayət edilir ki, Sələmə ibn əl-Əkva ﵁ Duha namazını qılmaq üçün gəlib Quran olan yerin yaxınlığında olan sütunun yanında namaz qılardı. Mən ona məscidin bəzi yerlərini göstərərək dedim: “Nəyə görə orada namaz qılmırsan?” O dedi: “Mən Allah Elçisinin ﷺ burada namaz qılmağı xoşladığını görmüşəm”.”
İstinad
İbn Məcə, 1430 (İqamətus-salat, 628)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr