Vəfat edənin gözlərini qapamaq haqda nə rəvayət edilib?
حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ أَسَدٍ ، حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ عَمْرٍو ، حَدَّثَنَا أَبُو إِسْحَاقَ الْفَزَارِيُّ ، عَنْ خَالِدٍ الْحَذَّاءِ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ قَبِيصَةَ بْنِ ذُؤَيْبٍ ، عَنْ أُمِّ سَلَمَةَ ، قَالَتْ : دَخَلَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَلَى أَبِي سَلَمَةَ , وَقَدْ شَقَّ بَصَرُهُ , فَأَغْمَضَهُ ، ثُمَّ قَالَ : إِنَّ الرُّوحَ إِذَا قُبِضَ , تَبِعَهُ الْبَصَرُ.
“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Allah Elçisi ﷺ (yenicə vəfat edən) Əbu Sələmənin yanına daxil oldu. Əbu Sələmənin gözləri açıq qalmışdı. Allah Elçisi ﷺ onun gözlərini qapadı, sonra da belə buyurdu: “Həqiqətən, ruh bədəndən çıxardıldıqda gözlər onun ardınca baxır”.”
İstinad
İbn Məcə, 1454 (Cənazələr, 22)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər