Vəfat edənin gözlərini qapamaq haqda nə rəvayət edilib?
حَدَّثَنَا أَبُو دَاوُدَ سُلَيْمَانُ بْنُ تَوْبَةَ ، حَدَّثَنَا عَاصِمُ بْنُ عَلِيٍّ ، حَدَّثَنَا قَزَعَةُ بْنُ سُوَيْدٍ ، عَنْ حُمَيْدٍ الأَعْرَجِ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ مَحْمُودِ بْنِ لَبِيدٍ ، عَنْ شَدَّادِ بْنِ أَوْسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا حَضَرْتُمْ مَوْتَاكُمْ ، فَأَغْمِضُوا الْبَصَرَ ؛ فَإِنَّ الْبَصَرَ يَتْبَعُ الرُّوحَ ، وَقُولُوا خَيْرًا ؛ فَإِنَّ الْمَلاَئِكَةَ تُؤَمِّنُ عَلَى مَا قَالَ أَهْلُ الْبَيْتِ.
“Rəvayət edilir ki, Şəddad ibn Əus ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Vəfat edənin yanında olduqda onun gözlərini qapadın. Şübhəsiz, göz ruhun ardınca baxır. Orada xeyir söyləyin. Həqiqətən də, mələklər evdə olanların dediklərinə “Amin!” deyirlər”.”
İstinad
İbn Məcə, 1455 (Cənazələr, 23)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər