Kişinin vəfat edən zövcəsini və qadının vəfat edən ərini yuması haqda nə rəvayət edilib?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا أَحْمَدُ بْنُ حَنْبَلٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ يَعْقُوبَ بْنِ عُتْبَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : رَجَعَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مِنَ الْبَقِيعِ ، فَوَجَدَنِي وَأَنَا أَجِدُ صُدَاعًا فِي رَأْسِي ، وَأَنَا أَقُولُ : وَا رَأْسَاهُ ، فَقَالَ : بَلْ أَنَا يَا عَائِشَةُ وَا رَأْسَاهُ , ثُمَّ قَالَ : مَا ضَرَّكِ لَوْ مِتِّ قَبْلِي ، فَقُمْتُ عَلَيْكِ ، فَغَسَّلْتُكِ ، وَكَفَّنْتُكِ ، وَصَلَّيْتُ عَلَيْكِ ، وَدَفَنْتُكِ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ Bəqi qəbiristanlığından qayıtdı və başımdakı ağrıya görə mənim xəstə olduğumu gördü. Mən dedim: “Vay başım!” O buyurdu: “Əksinə, ey Aişə, mən “vay başım!” deməliyəm”. Sonra belə dedi: “Əgər sən məndən qabaq vəfat etsən, üstündə gözləyib səni qüsl etsəm, kəfənləsəm, sənin cənazə namazını qılsam və səni dəfn etsəm, sənə heç nə zərər olmaz”.”
İstinad
İbn Məcə, 1465 (Cənazələr, 33)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər