Cənazəyə aid fəsillər

Peyğəmbərin ﷺ qüsl olunması haqda nə rəvayət edilib?

حَدَّثَنَا يَحْيَى بْنُ خِذَامٍ ، حَدَّثَنَا صَفْوَانُ بْنُ عِيسَى ، أَخْبَرَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ ، قَالَ : لَمَّا غَسَّلَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , ذَهَبَ يَلْتَمِسُ مِنْهُ مَا يُلْتَمَسُ مِنَ الْمَيِّتِ ، فَلَمْ يَجِدْهُ ، فَقَالَ : بِأَبِي الطَّيِّبُ ، طِبْتَ حَيًّا ، وَطِبْتَ مَيْتًا.

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ Peyğəmbərin ﷺ cəsədini qüsl etdikdə natəmizlik axtardı, lakin tapa bilmədi və belə dedi: “Atam sənə fəda olsun! Sən sağlığında da təmiz idin, vəfat edəndən sonra da təmizsən”.”

Əli ibn Əbu Talib
Səhih

İstinad

İbn Məcə, 1467 (Cənazələr, 35)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər