Cənazəyə aid fəsillər

Peyğəmbərin ﷺ kəfəni haqda nə rəvayət edilib?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا حَفْصٌ بْنُ غِيَاثٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ كُفِّنَ فِي ثَلاَثَةِ أَثْوَابٍ بِيضٍ يَمَانِيَةٍ ، لَيْسَ فِيهَا قَمِيصٌ , وَلاَ عِمَامَةٌ , فَقِيلَ لِعَائِشَةَ : إِنَّهُمْ كَانُوا يَزْعُمُونَ أَنَّهُ قَدْ كَانَ كُفِّنَ فِي حِبَرَةٍ ، فَقَالَتْ عَائِشَةُ : قَدْ جَاؤُوا بِبُرْدِ حِبَرَةٍ ، فَلَمْ يُكَفِّنُوهُ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbərin ﷺ cəsədi Yəməndən gətirilən üç parça bez ilə kəfənləndi. Bu parçada nə köynək, nə də əmmamə var idi. Aişəyə dedilər: “Onlar “Peyğəmbər ﷺ hibra ilə kəfənlənmişdir” deyirlər”. Aişə dedi: “Hibra parçasını gətirdilər, lakin ondan kəfən kimi istifadə olunmadı”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 1469 (Cənazələr, 37)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər