Cənazə namazını müsəlman camaatından qılanlar haqda nə rəvayət edilib?
حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ الْحِزَامِيُّ ، حَدَّثَنَا بَكْرُ بْنُ سُلَيْمٍ , حَدَّثَنِي حُمَيْدُ بْنُ زِيَادٍ الْخَرَّاطُ ، عَنْ شَرِيكٍ ، عَنْ كُرَيْبٍ ، مَوْلَى عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ , قَالَ : هَلَكَ ابْنٌ لِعَبْدِ اللهِ بْنِ عَبَّاسٍ ، فَقَالَ لِي : يَا كُرَيْبُ , قُمْ فَانْظُرْ هَلِ اجْتَمَعَ لاِبْنِي أَحَدٌ ؟ فَقُلْتُ : نَعَمْ ، فَقَالَ : وَيْحَكَ كَمْ تُرَاهُمْ ؟ أَرْبَعِينَ ؟ قُلْتُ : لاَ ، بَلْ هُمْ أَكْثَرُ ، قَالَ : فَاخْرُجُوا بِابْنِي ، فَأَشْهَدُ لَسَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَا مِنْ أَرْبَعِينَ مِنْ مُؤْمِنٍ يَسْتَغْفِرُونَ لِمُؤْمِنٍ ، إِلاَّ شَفَّعَهُمُ اللَّهُ.
“Rəvayət edilir ki, Abdullah ibn Abbasın ﵄ köləlikdən azad etdiyi Kureyb demişdir: “Abdullah ibn Abbasın oğlu ölmüşdü. O mənə dedi: “Ey Kureyb, qalx, bir bax gör cənazə namazı üçün toplanan varmı?” Mən: “Bəli” dedim. O dedi: “Vay sənə, nə qədər adamın toplandığını görürsən? Qırx nəfər var?” Mən dedim: “Xeyr, qırxdan çoxdur”. O dedi: “Oğlumun cənazəsini (camaatın qarşısına) çıxarın. Mən Allah Elçisinin ﷺ belə buyurduğuna şahidlik edirəm: “Hansı mömin üçün qırx mömin (cənazə namazında) bağışlanma diləyərlərsə, Allah onların şəfaətini qəbul edər”.”
İstinad
İbn Məcə, 1489 (Cənazələr, 57)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər