Vəfat edəni tərifləmək haqda nə rəvayət edilib?
حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : مُرَّ عَلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِجِنَازَةٍ ، فَأُثْنِيَ عَلَيْهَا خَيْرًا ، فَقَالَ : وَجَبَتْ , ثُمَّ مُرَّ عَلَيْهِ بِجِنَازَةٍ ، فَأُثْنِيَ عَلَيْهَا شَرًّا ، فَقَالَ : وَجَبَتْ , فَقِيلَ : يَا رَسُولَ اللهِ ، قُلْتَ لِهَذِهِ وَجَبَتْ ، وَلِهَذِهِ وَجَبَتْ ، فَقَالَ : شَهَادَةُ الْقَوْمِ ، وَالْمُؤْمِنُونَ شُهُودُ اللهِ فِي الأَرْضِ.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir dəfə Peyğəmbərin ﷺ yanından cənazə aparılarkən onu xoş sözlə yad edib təriflədilər. Peyğəmbər ﷺ: “Vacib oldu!”- deyə buyurdu. Sonra başqa bir cənazə onun yanından aparılarkən onu xoşagəlməz sözlərlə yad etdilər. Peyğəmbər ﷺ yenə: “Vacib oldu!”- deyə buyurdu. Peyğəmbərə ﷺ deyildi: “Ey Allahın Elçisi, buna da “vacib oldu!” dedin, ona da “vacib oldu!” dedin. Peyğəmbər ﷺ buyurdu: “Camaatın şahidliyi (həqiqətin göstəricisidir). Möminlər Allahın yer üzündəki şahidləridir!””
İstinad
İbn Məcə, 1491 (Cənazələr, 59)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər