Allah Elçisinin ﷺ oğluna cənazə namazı qılınması və onun vəfatı haqda nə rəvayət edilib?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ أَبِي خَالِدٍ ، قَالَ : قُلْتُ لِعَبْدِ اللهِ بْنِ أَبِي أَوْفَى : رَأَيْتَ إِبْرَاهِيمَ ابْنَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ قَالَ : مَاتَ وَهُوَ صَغِيرٌ ، وَلَوْ قُضِيَ أَنْ يَكُونَ بَعْدَ مُحَمَّدٍ نَبِيٌّ ، لَعَاشَ ابْنُهُ ، وَلَكِنْ لاَ نَبِيَّ بَعْدَهُ.
“Rəvayət edilir ki, İsmail ibn Əbu Xalid ﵀ demişdir: “Mən Abdullah ibn Əbu Əufəyə dedim: “Sən Allah Elçisinin ﷺ oğlu İbrahimi görmüşdün?” Abdullah dedi: “O, kiçik ikən vəfat etmişdi. Əgər Muhəmməddən ﷺ sonra bir elçinin gəlməsinə hökm verilsəydi, bəlkə də o yaşayacaqdı, lakin ondan sonra heç bir peyğəmbər olmayacaq”.”
İstinad
İbn Məcə, 1510 (Cənazələr, 78)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər