Şəhidlərin cənazə namazı və onların dəfn edilməsi haqda nə rəvayət edilib?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ عَيَّاشٍ ، عَنْ يَزِيدَ بْنِ أَبِي زِيَادٍ ، عَنْ مِقْسَمٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : أُتِيَ بِهِمْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَوْمَ أُحُدٍ ، فَجَعَلَ يُصَلِّي عَلَى عَشَرَةٍ عَشَرَةٍ ، وَحَمْزَةُ هُوَ كَمَا هُوَ ، يُرْفَعُونَ , وَهُوَ كَمَا هُوَ مَوْضُوعٌ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Uhud döyüşü günü şəhidlərin cənazələri Allah Elçisinin ﷺ yanına gətirildi. O onların on nəfərinə birdən cənazə namazı qılırdı. Həmzənin cənazəsi isə yerində qaldığı halda, digərlərinin cənazə namazı qılındıqdan sonra dəfn edilmək üçün götürülürdü”.”
İstinad
İbn Məcə, 1513 (Cənazələr, 81)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər