Cənazəyə aid fəsillər

Şəhidlərin cənazə namazı və onların dəfn edilməsi haqda nə rəvayət edilib?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ كَعْبِ بْنِ مَالِكٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَانَ يَجْمَعُ بَيْنَ الرَّجُلَيْنِ وَالثَّلاَثَةِ مِنْ قَتْلَى أُحُدٍ فِي ثَوْبٍ وَاحِدٍ , ثُمَّ يَقُولُ : أَيُّهُمْ أَكْثَرُ أَخْذًا لِلْقُرْآنِ ؟ فَإِذَا أُشِيرَ لَهُ إِلَى أَحَدِهِمْ , قَدَّمَهُ فِي اللَّحْدِ وَقَالَ : أَنَا شَهِيدٌ عَلَى هَؤُلاَءِ ، وَأَمَرَ بِدَفْنِهِمْ فِي دِمَائِهِمْ ، وَلَمْ يُصَلِّ عَلَيْهِمْ ، وَلَمْ يُغَسَّلُوا.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Uhud döyüşündə şəhid olanları iki-iki, üç-üç bir kəfəndə bir qəbrə qoyur və bizə belə deyirdi: “Onlardan hansı Qurandan daha çox bilirdi?” Onlardan birinə işarə edildikdə onu qəbrə birinci qoyur və belə deyirdi: “Mən bunların şəhid olduqlarına şahidəm”. Həmçinin şəhidlərin qanlarına bulaşmış halda, yuyulmadan dəfn edilmələrini və cənazə namazı qılınmadan dəfn edilmələrini əmr edirdi”.”

Cabir ibn Abdullah
Səhih

İstinad

İbn Məcə, 1514 (Cənazələr, 82)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər