Cənazəyə aid fəsillər

Qiblə əhlinə cənazə namazı qılmaq

حَدَّثَنَا أَبُو بِشْرٍ بَكْرُ بْنُ خَلَفٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : لَمَّا تُوُفِّيَ عَبْدُ اللهِ بْنُ أُبَيٍّ , جَاءَ ابْنُهُ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَعْطِنِي قَمِيصَكَ أُكَفِّنْهُ فِيهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : آذِنُونِي بِهِ , فَلَمَّا أَرَادَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ يُصَلِّيَ عَلَيْهِ ، قَالَ لَهُ عُمَرُ بْنُ الْخَطَّابِ : مَا ذَاكَ لَكَ ، فَصَلَّى عَلَيْهِ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَنَا بَيْنَ خِيَرَتَيْنِ : اسْتَغْفِرْ لَهُمْ ، أَوْ لاَ تَسْتَغْفِرْ لَهُمْ , فَأَنْزَلَ اللَّهُ سُبْحَانَهُ : {وَلاَ تُصَلِّ عَلَى أَحَدٍ مِنْهُمْ مَاتَ أَبَدًا وَلاَ تَقُمْ عَلَى قَبْرِهِ}.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Abdullah ibn Ubey öldükdə onun oğlu Peyğəmbərin ﷺ yanına gələrək belə dedi: “Ey Allahın Elçisi! Köynəyini ver, atamı onunla kəfənləyim (bürüyüm)”. Peyğəmbər ﷺ köynəyini ona verib belə buyurdu: “(Kəfənlədikdən sonra) mənə xəbər verin ki, (onun cənazə namazını qılım)”. Peyğəmbər onun cənazə namazını qılmaq istədikdə Ömər ibn əl-Xattab dedi: “Sənə nə olur ki, onun cənazə namazını qılırsan?” Peyğəmbər ﷺ onun cənazə namazını qıldı, sonra Ömərə: “Mən (onların cənazə namazını qılıb-qılmamaqda) ixtiyar sahibiyəm!”, – deyib bu ayəni oxudu: “Onların bağışlanması üçün dua etsən də, etməsən də...” (ət-Tövbə, 80). Sonra nöqsansız Allah bu ayəni nazil etdi: “Heç vaxt onlardan ölmüş bir kəsin cənazə namazını qılma, qəbrinin başında da durma!” (ət-Tövbə, 84)”.”

İbn Ömər
Səhih

İstinad

İbn Məcə, 1523 (Cənazələr, 91)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər