Cənazəyə aid fəsillər

Qiblə əhlinə cənazə namazı qılmaq

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ عَامِرِ بْنِ زُرَارَةَ ، حَدَّثَنَا شَرِيكُ بْنُ عَبْدِ اللهِ ، عَنْ سِمَاكِ بْنِ حَرْبٍ ، عَنْ جَابِرِ بْنِ سَمُرَةَ ، أَنَّ رَجُلاً مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ جُرِحَ ، فَآذَتْهُ الْجِرَاحَةُ ، فَدَبَّ إِلَى مَشَاقِصَ ، فَذَبَحَ بِهَا نَفْسَهُ , فَلَمْ يُصَلِّ عَلَيْهِ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , قَالَ : وَكَانَ ذَلِكَ مِنْهُ أَدَبًا.

“Cabir ibn Səmura ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbərin ﷺ səhabələrindən bir kişi yaralanmışdı. Yarası ona əziyyət verdiyinə görə iti bir dəmir parçası ilə öz boğazını kəsdi. Peyğəmbər ﷺ ona cənazə namazı qılmadı... Ravi deyir: “Peyğəmbər ﷺ başqalarının bu əməldən çəkinmələri üçün belə etdi”.”

Cabir ibn Səmura
Səhih

İstinad

İbn Məcə, 1526 (Cənazələr, 94)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər