Cənazəyə aid fəsillər

Qəbrin yanında cənazə namazı qılmaq haqda nə rəvayət olunub?

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، أَخْبَرَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، حَدَّثَنَا ثَابِتٌ ، عَنْ أَبِي رَافِعٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ امْرَأَةً سَوْدَاءَ كَانَتْ تَقُمُّ الْمَسْجِدَ ، فَفَقَدَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَسَأَلَ عَنْهَا بَعْدَ أَيَّامٍ ، فَقِيلَ لَهُ : إِنَّهَا مَاتَتْ ، قَالَ : فَهَلاَّ آذَنْتُمُونِي ، فَأَتَى قَبْرَهَا ، فَصَلَّى عَلَيْهَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, qaradərili bir qadın məscidi süpürürdü. Allah Elçisi ﷺ bir müddət onu görmədi və bir neçə gündən sonra onun haqqında soruşdu. Ona: “O qadın vəfat edib” deyildi. Peyğəmbər ﷺ buyurdu: “Niyə mənə xəbər vermədiniz?” Sonra o qadının qəbrinin yanına getdi və ona cənazə namazı qıldı.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 1527 (Cənazələr, 95)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər