Cənazəyə aid fəsillər

Qəbrin yanında cənazə namazı qılmaq haqda nə rəvayət olunub?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا هُشَيْمٌ ، حَدَّثَنَا عُثْمَانُ بْنُ حَكِيمٍ ، حَدَّثَنَا خَارِجَةُ بْنُ زَيْدِ بْنِ ثَابِتٍ ، عَنْ يَزِيدَ بْنِ ثَابِتٍ ، وَكَانَ أَكْبَرَ مِنْ زَيْدٍ ، قَالَ : خَرَجْنَا مَعَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَلَمَّا وَرَدَ الْبَقِيعَ , فَإِذَا هُوَ بِقَبْرٍ جَدِيدٍ ، فَسَأَلَ عَنْهُ ، فَقَالُوا : فُلاَنَةُ ، قَالَ : فَعَرَفَهَا , وَقَالَ : أَلاَ آذَنْتُمُونِي بِهَا ؟ قَالُوا : كُنْتَ قَائِلاً صَائِمًا ، فَكَرِهْنَا أَنْ نُؤْذِيَكَ ، قَالَ : فَلاَ تَفْعَلُوا ، لاَ أَعْرِفَنَّ مَا مَاتَ مِنْكُمْ مَيِّتٌ مَا كُنْتُ بَيْنَ أَظْهُرِكُمْ , إِلاَّ آذَنْتُمُونِي بِهِ ؛ فَإِنَّ صَلاَتِي عَلَيْهِ لَهُ رَحْمَةٌ , ثُمَّ أَتَى الْقَبْرَ ، فَصَفَّنَا خَلْفَهُ ، فَكَبَّرَ عَلَيْهِ أَرْبَعًا.

“Zeyd ibn Sabitin ﵁ böyük qardaşı Yəzid ibn Sabit ﵀ demişdir: “Bir dəfə biz Allah Elçisi ilə birlikdə (məsciddən) çıxıb Bəqiyə gəldik. Orada (yeni) qəbir var idi. Onun kimə aid olduğunu soruşuqda orada olanlar: “Filan qadınındır”- dedilər. Allah Elçisi ﷺ onu tanıdıvə dedi: “Niyə mənə xəbər verməmisiniz?” Orada olanlar dedilər: “Sən günorta vaxtı yatmışdın və oruc idin, biz də səni narahat etmək istəmədik”. O buyurdu: “Belə etməyin! Sizdən bir daha belə bir şey görməyim! Mən sizin aranızda olduğum müddətdə sizdən kim vəfat edərsə, onu mənə mütləq xəbər verin. Mənim onlar üçün qıldığım (cənazə) namazı bir rəhmətdir”. Sonra Allah Elçisi ﷺ o qəbrin yanına gəldi. Biz də onun arxasında cərgəyə düzüldük. O, dörd dəfə təkbir edərək cənazə namaz qıldı”.”

Yəzid ibn Sabit
Səhih

İstinad

İbn Məcə, 1528 (Cənazələr, 96)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər