Qəbrin yanında cənazə namazı qılmaq haqda nə rəvayət olunub?
حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ الدَّرَاوَرْدِيُّ ، عَنْ مُحَمَّدِ بْنِ زَيْدِ بْنِ الْمُهَاجِرِ بْنِ قُنْفُذٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَامِرِ بْنِ رَبِيعَةَ ، عَنْ أَبِيهِ ؛ أَنَّ امْرَأَةً سَوْدَاءَ مَاتَتْ ، وَلَمْ يُؤْذَنْ بِهَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأُخْبِرَ بِذَلِكَ ، فَقَالَ : هَلاَّ آذَنْتُمُونِي بِهَا ؟ ثُمَّ قَالَ لأَصْحَابِهِ : صُفُّوا عَلَيْهَا ، فَصَلَّى عَلَيْهَا.
“Abdullah ibn Amir ibn Rabia atasından ﵁ rəvayət edir ki, qaradərili bir qadın vəfat etmişdi və onun vəfatı Peyğəmbərə ﷺ xəbər verilməmişdi. Peyğəmbərə ﷺ onun ölüm xəbəri verildikdə Peyğəmbər ﷺ buyurdu: “Məgər mənə xəbər verməli deyildiniz?” Sonra səhabələrinə: “Cərgələrə düzülün” - dedi və ona cənazə namazı qıldı.”
İstinad
İbn Məcə, 1529 (Cənazələr, 97)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər