Qəbrin yanında cənazə namazı qılmaq haqda nə rəvayət olunub?
حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنْ أَبِي إِسْحَاقَ الشَّيْبَانِيِّ ، عَنِ الشَّعْبِيِّ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : مَاتَ رَجُلٌ ، وَكَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَعُودُهُ ، فَدَفَنُوهُ بِاللَّيْلِ ، فَلَمَّا أَصْبَحَ أَعْلَمُوهُ ، فَقَالَ : مَا مَنَعَكُمْ أَنْ تُعْلِمُونِي ؟ قَالُوا : كَانَ اللَّيْلُ ، وَكَانَتِ الظُّلْمَةُ ، فَكَرِهْنَا أَنْ نَشُقَّ عَلَيْكَ ، فَأَتَى قَبْرَهُ ، فَصَلَّى عَلَيْهِ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir kişi vəfat etdi. O, xəstə ikən Allah Elçisi ﷺ onu ziyarət edirdi. Onu gecə dəfn etdilər. Səhər olduqda isə onun ölümünü Peyğəmbərə ﷺ xəbər verdilər. Allah Elçisi ﷺ buyurdu: “Bu xəbəri mənə xəbər verməyinizə nə mane oldu?” Səhabələr dedilər: “Gecə idi, zülmət qaranlıq idi. Biz də səni narahat etmək istəmədik”. Peyğəmbər ﷺ onun qəbrinin yanına getdi və ona cənazə namazı qıldı”.”
İstinad
İbn Məcə, 1530 (Cənazələr, 98)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər